Allah, xoşbəxtliyi tək mənə vermə,Əlləri ümiddən üzülənə ver.Göz yaşı gecələr yanaqlarına,Gündüzlər içinə süzülənə ver.

Heç zaman ürəklə qarşılamaram,Tək mənim qapıma gələn sevinci.Afaram kədərin ayaqlarına,Qəlbimə girməmiş ölən sevinci.

Doğulan günündən şair ürəyi,Doğma ocağındır, evindir, Allah.Bir qəlbi, bir könlü, bir ürəyi yox,Bütün ürəkləri sevindir, Allahl

2003, avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love