Nə mən xırd satanam, nə sən xırd alan,Döndərmə bu evi dükan-bazara.Allahın o qədər xoş sözü var ki,Dilini öyrətmə giley-güzara.

Bu, şair ömrüdü, sevmir zarafat,Fikrimin, sözümün laylasına yat.Ruhum üfüqlərdə çalanda qanad,Qəlbim tuş gəlməsin ağrı-azara.

Nə inci, nə incit, nə yandır, nə yax,Açıb əfdahatək ağzını torpaq.Sözümə baxmasan, taleyimə bax,Məni diri-diri salla məzara.

2003, noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets