Gedərəm
Dünya bir bulaqdı, qaynar bir bulaq,Su qalar, gözündən içib gedərəm.Dünya bir körpüdü – tağsız, dayaqsız,Yeriyib üstündən keçib gedərəm.
Zaman mənə baxmaz, çağ mənə qalmaz,Solar çiçəkləri, tağ mənə qalmaz.Əlimlə saldığım bağ mənə qalmaz,Qurduğum yuvadan uçub gedərəm.
Vaxtın pəncəsində soyuyan qışam,Özü öz ömrünü şumlayan xışam.İsti bir beşikdə xumarlanmışam,Soyuq bir tabutda köçüb gedərəm.
2004, 2 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gederem-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!