Şeytan səni çaşdırmasın,Baş vurma çaş dərgahına.Min çayın suyu bağlanar,Gözündə yaş dərgahına.

Əldən yapışsın əl, gedək,Biz hamıdan əvvəl gedək.Durma ayaqda, gəl gedəkTanrının baş dərgahına.

Gəl, ey səsimə səs verən,Ruha qanad, həvəs verən.Gedək, şeirə nəfəs verənHacı Bəktaş dərgahına.

2003, 1 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets