Bölgədirsə — bu bölgəyə2 ölkə demə,Ölkədirsə — bu ölkəyəbölgə demə.Ulduzu var, Günəşi var,. Ayı varsa,İşığına işıq söylə,kölgə demə.

Ocaqdırsa — közünə bax,. kömür demə,İmamdırsa — Yezid demə,Şümür demə,Düzü tərsə, xeyri şərəyoza-yoza,Yaşadığın bir həyataömür deməl

Göy üzündə bulud varsa,Günəş də var,Qəlbimizdə qar-buz varsa,atəş də var.Qara torpaq başdan-başaqanqal deyil,Sünbül də var, zəmi də var,küləş də var.

Dili bir az yaxşılığaçevir, bala,Allah özü yaxşılarısevir, bala,Haqqı görsən, başın üstəbayraq eylə,Nahaq görsən, yıx taxtınındevir, bala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets