Dədələrin məclisinə düşəydim,Toyda toyum, yasda yasım olaydı.Başım üstə ustadların duasıSalxım-salxım, asım-asım olaydı.

Diridağda Qurbanimiz dirilə,Şah babama müidə xəbər verilə.Xətainin meyvələri dərilə,Saz köynəyim, söz libasım olaydı.

Şirinlikdə ölüm dönə nağıla,Dünya qəmi başımızdan dağıla.Bir məclisə neçə ustad yığıla,Meydan açan qul Abbasım olaydı.

Sazdan ola unum, dənim, xırmanım,Sazdan gələ ölüm-dirim fərmanım.Xəstələnsəm, sağalmağa dərmanım,Ümid yerim Xəstə Qasım olaydı.

Yollar mənə yolluğunu göstərə,Ali eşqin bolluğunu göstərə,Qul Ələsgər qulluğunu göstərə,Şagird olmaq iltimasım olaydı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets