Torpaq üçün qeyrətini qılınc bil
Uşaqsanmı, ağlın bir şey kəsməyə,Qocasanmı, itirəsən yaddaşı?Cavanlığın ətəyindən bərk yapış,Daşıyırsan, bir müqəddəs ad daşı.
Əqidəsiz keçən ömrü gülünc bil,Torpaq üçün qeyrətini qılınc bil.Öz daşını öz başına balınc bil,Könül açmaz yad torpağı, yad daşı.
İç camını, şərbətindən ləzzət al,Görüş gözlə, həsrətindən ləzzət al.Ömrün-günün nemətindən ləzzət al,Ömrü boyu damağında dad daşı.
2003, 2 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-torpaq-ucun-qeyretini-qilinc-bil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Sünbül dənə dolub əydi başınıSünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa:
Bayram töhfəsiNəcib, düşüncəli bir bəstəkar qız,Piano önündə oturmuş yalqız.
BakımNeçə şeir yazılıb anaların adına!Anadan kim doyub, kim?