Gülümsəyən gözəlliksən,könül açan talesən,Xoş gəlmisən bu bahara,xoş gəlmisən yaza, gül.

Bu qədər ki, yaraşıqsantəbiətə, varlığa,Ancaq sənin haqqın çatırhər qəmzəyə, naza, gül.

Torpaq canın, Günəş dostun,su sirdaşın, od ruhun,Gül ömrünü şaxta vurubdöndərməsin buza, gül.

Ətrin, qoxun nə deməkdi,onu sevənlər bilər,Hədiyyəsən hər oğula,hər sevilən qıza, gül.

Gül yanaqlar, gül dodaqlar,gül nəfəslər içində,Gördüm, dönüb gül olmuşamsəndən yaza-yaza, gül.

2001, 20 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring