Bax, oğlum, yaxşı bax, təbiət budur
Dağı ucalığın, tarixin yaşı,Düzü genişliyin ulu yaddaşı.Ətəyi bürkülü, zirvəsi sərin,Uçrumu amansız, dərəsi dərin.Yağışı göz yaşı, qarı bakirə,Pətəyi tərtəmiz, arı bakirə.Şahinin, qartalın baxışında nur,Bax, oğlum, yaxşı bax, təbiət budur!
Dəvəsi ləngərli, dovşanı ürkək,Pələngi yırtıcı, ceyranı mələk.İlanı zəhərli, arısı ballı,Tülküsü minsifət, bəbiri xallı.Bayquşu bədnəfəs, bülbülü heyrət,Qarğası qarıltı, qırğısı qeyrət.Baxışlar havalı, buynuzlar şeşə,Maralı dağlarda yeriyən meşə.Gəl, bu mənzərənin tamaşasına,Zirvələr yanında zirvə kimi dur,Bax, oğlum, yaxşı bax, təbiət budur!
Yerin yer dili var, yurdun yurd dili,İtin it dili var, qurdun qurd dili.Gülün gül dili var, otun ot dili,Quşun quş dili var, atın at dili.Yerdə köklər durar, göydə budaqlar,Yaddaşı yaddaşa xatirə saxlar.Qaya dilləndirmək, dağ ovsunlamaq,Daşı danışdırmaq sənin əlində.
Tarixi, zamanı, vaxtı, vədəni,Yaşı danışdırmaq sənin əlində.Görən çox olsa da, götürən azdı,Kim yadda saxlayar, kimi unudar,Bax, oğlum, yaxşı bax, təbiət budur!
Damcıda ümman var, ümmanda damcı,Buludda şimşək var, şimşəkdə qamçı.Yağışda həyat var, seldə hərəkət,Sünbüldə zəmi var, dəndə bərəkət.Yarpaq əlimizdi, torpaq canımız,Şəlalə hissimiz, həyəcanımız.Külək sığalımız, meh tumarımız,Çeşmə ürəyimiz, çay damarımız.Çatılan qayalar çatıq qaşımız,Ucalan zirvələr qarlı başımız.Həyatın, varlığın canı, cövhəriHavadır, torpaqdır, atəşdir, sudur,Bax, oğlum, yaxşı bax, təbiət budur!Yaradan deyilən o hikmət budur!
2001, 5 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bax-oglum-yaxsi-bax-tebiet-budur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
رخش به هرا بتاخت بر سر صبح آفتابرفت به چرب آخوری گنج روان در رکاب
AyrıSəhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.
Qəzəl: Sübhdəm gülzar içində çaldı bülbül ərğənunSübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun