Gödək ömrü baha saxla,Hər yetənə xərc eyləmə.Mərdlərə bir qala qurdun,Namərdlərə bürc eyləmə.

İtmə çəndə, azma sisdə,Haqqa yer ver gözün üstə.Dədələrdən dünya istə,Gədələrdən borc eyləmə.

Dənizini ada bilər,Səsini boş səda bilər.Dünya səni uda bilər,Sən dünyayla mərc eyləmə.

2003, yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets