Mənə geniş çöllərin,Çəkili sünbüllərinBərəkəti gərəkdi,Bərəkət səndə varmı?

Mənə zərif güllərin,Al-yaşıl fəsillərinTəravəti gərəkdi,Təravət səndə varmı?

Mənə çətin anların,Ağır imtahanlarınDəyanəti gərəkdi,Dəyanət səndə varmı?

Mənə barlı bağların,Əyilən budaqlarınSəxavəti gərəkdi,Səxavət səndə varmı?

Bu dəyanət, bu sərvət,Bu bərəkət, bu nemətSaf məhəbbət deməkdi,Məhəbbət səndə varmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets