Osman Sarıvəlli ilə
Zəlimxan Yaqub
Gəl çıxaq gəzməyə, ay Osman qağa,Gözləyir yaylaqda gözəllər səni.Şair hanı deyib yollara baxır,O yerlər çox görüb əzəllər səni.
Osman Sarıvəlli
Quzeydə ağaran qayamı, qarmı,Yaşıl yaylaqların heç tayı varmı?Üç günlə, beş günlə doymaq olarmı,Dağlardan doymağa yüz illər gərək.
Zəlimxan Yaqub
Min dəfə görsə də doymamış, baxan,Şeirindi dağlardan süzülən, axan.Kimdi qocalığı başına qaxan,De niyə kövrəldir xəzəllər səni?!
Osman Sarıvəlli
Qonardı xəyalım Qoşqar dağına,Quş kimi qalxardım yar oylağına.Ömür bağçasına, könül bağına,Vaxtsız düşməyəydi xəzəllər gərək.
Zəlimxan Yaqub
Çiçəklər döşənib sən gələn yola,Qışda da inanma saralıb sola.Təbiət zamanla verib qol-qola,Yaşadar qəlbində yüz illər səni.
Osman Sarıvəlli
Daha səməndimin ağarıb yalı,Sökülüb dırnağı, tökülüb nalı.Dağlara çıxmağa qalmayıb halı,Gedəydim o yerə əzəllər gərək.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-osman-sarivelli-ile
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə yadıma düşdü, o sərin yaz axşamı,Eşqimin, həyatımın unudulmaz axşamı.
Dünyaİnsanın qəlbində həsrət olanda,Yüz ilə döndərər yüz günü dünya.
Ümid bağlayanda...Qayadan yaranır, daşdan yaranır,Abbas yaxşı deyib, küldən dağ olmaz.
SənsizÜrək, bir dəqiqə gəzə bilmərəmNə yamacı sənsiz, nə yalı sənsiz.
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Gülə-güləXudam səni nə xoş gündə yaradıb,Salıbdı cahana, ay gülə-gülə.
Odlar vətəniKönlümün tərlanı qalxmış çövlana,Çıxmışam qoynunda yenə seyrana,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur