Bu həyatdı sevən məni,Müqəddəs dərgahım kimi.Eşqi könlümün sultanı,Məhəbbəti şahım kimi.

Qəmimlə çatılar qaşı,Sevgimlə ucalar başı.Yağışları gözüm yaşı,Buludları ahım kimi.

Ocağı yanıb sönənim,Keçmişi külə dönənim.Xatirəsi xoş dünənim,Ümidi sabahım kimi.

Yaz var qışımın üstündə,Gül var daşımın üstündə.Göylər başımın üstündə,Dayanıb Allahım kimi.

2001, 13 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love