Dünya, aç üzümə qapılarını
Yollarım tilsimdi, bənddi, bərədi,Eşqim bir zirvədi, dərdim dərədi.Hələ ki, baxdığım dar pəncərədi,Dünya, aç üzümə qapılarını.
Gələcək ümiddi, keçmiş təsəlli,Yaş əlli oldusa, iş oldu bəlli.Tutmuşam yaxandan mən ikiəlli,Dünya, aç üzümə qapılarını.
Əcəl at üstündə, fərmanı hazır,Kim beşik düzəldir, kim qəbir qazır.Görək alnımıza tale nə yazır,Dünya, aç üzümə qapılarını.
Göstər, boşu göstər, dolunu göstər,Yolların sağını, solunu göstər.Qırxıncı qapının yolunu göstər,Dünya, aç üzümə qapılarını.
Eşqinlə alışdıq, odunla yandıq,Varlıqda nə varsa sevdik, inandıq.Zər dolu xəznəsən, sirr dolu sandıq,Dünya, aç üzümə qapılarını.
Şəriət, təriqət qapıları var,Mərifət, həqiqət qapıları var.Dünyanın məhəbbət qapıları var,Dünya, aç üzümə qapılarını.2002, 14 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dunya-ac-uzume-qapilarini
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Sərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*