Güllə
Bizi döydü, yaman döydü,Qapımızı döyən güllə.Qana saldı bu torpağı,Qandan libas geyən güllə.
Bu xına ayrı xınadı,Düşmən güldü, dost qınadı.Gücünü bizdə sınadı,Mənəm, mənəm deyən güllə.
Dünyanı qana buladı,Vay saldı, meydan suladı,Canavartək hey uladıHaqqımızı yeyən güllə.
Biçir, sanki biçindədi,Şəhidlərin köçündədi,Qəlbimizin içindədi,Qəddimizi əyən güllə.
Yağı kəsdi önümüzü,Haqq, götürmə ünümüzü,Bircə gündə günümüzüGöy əsgiyə düyən güllə.
Bu nalələr susandımı?Qan axıtmaq asandımı?Vəhşidimi, insandımı?Kimdi sənin yiyən, güllə?!
Neçə qəbri sıraladı,Eldən, gündən araladı.Yüz milləti yaraladı,Bir millətə dəyən güllə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gulle
Use ← → keys to move, R for a random poem
More by this author
Çiynimizdə nə qədər şəhidlər yola saldıq,Heç vaxtımız qalmadı toylara, düyünlərə.
Axmayın, göz yaşlarıDuzlu sular od vurub yanaqları yandırar,Dərddən, qəmdən, kədərdən süzülüb axarsınız.
Kəlbəcərdən gələn qarıƏrişindən, arğacından,Sürüsündən, arxacından,
Əsgər qardaşıma məktubArxaya çəkilsən, arxa – uçurum,Kənara dayansan, kənar – ölümdü.
Poems by other poets · Homeland
Əvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,