Hakim ol, dilimə güllələnmə kəs
Sənə sözüm dəydi, dilim toxundu,Dilim sənin olsun, doğra, kəs, gözəl.Qorxuram, sən Allah, qeybət olmasın,Səndən qulağıma gələn səs, gözəl.
Min dəfə doğulub ölmüşəm azı,Sənə kim öyrədib bu qədər nazı?Gəl eyni kök üstə kökləyək sazı,Səndə zil olmasın, məndə pəs, gözəl.
Yurdum zindan olsa, yuvam dar qəfəs,Yenə səninkidir çəkdiyim nəfəs.Hakim ol, dilimə güllələnmə kəs,Yerim ya dar olsun, ya məhbəs, gözəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hakim-ol-dilime-gullelenme-kes
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Belin nazik, qəddin suca, üzün gül,Məlahəti sən cananda görmüşəm.
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Ey qorçubaşı, ey sitəm əhlinə pişvaEy qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.