Heç bilmədim necə deyim sevirəm
Heç bilmədim necə deyim sevirəm,Onu mənə bir baxışı lal, dedi.Qoyarammı ürəyinə xal düşə,Sənin olsun üzümdəki xal, dedi.
Oda yanım, sıx ovcunda əlimi,Qollarına qurban verim belimi.Coşa gələn mənim qara telimmi,Al sinənə, saz yerinə çal, dedi.
Ay Zəlimxan, sevən ürək şad olar,Sevgi ona ən müqəddəs ad olar.Ömrə-günə ləzzət olar, dad olar,Sən qaymaq ol, mən də sənə bal, dedi.
1972, 13 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hec-bilmedim-nece-deyim-sevirem
Use ← → keys to move, R for a random poem
More by this author
Allahın bir bədbəxtbəndəsi vardı,
Mənə bircə nəfər adam göstərinSalam, ağ kəfənim, qara tabutum,Qara ağsız olmaz, ağ da qarasız.
Sabahın dilində danışDilsiz bu dünyanın heç nəyi yoxdu,Ümid ol, sabahın dilində danış.
Yazmaq olmur, əzizimDəniz dəli, çay havalı, su qanlı,Üzmək olmur, üzmək olmur, əzizim.
Poems by other poets · Love
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
İsm özü bir ismdir, amma müsəmma müxtəlifİsm özü bir ismdir, amma müsəmma müxtəlif,Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,