Həsrətdən süzülən
Bir zaman dağ mənim, daş mənimiydi,Mən eşqin dağından enib gəlmişəm.Gözümün işığı gözümdən düşüb,Canımın sağından enib gəlmişəm.
Güc ola, zamanı alam atından,Tutam yaxasından, salam atından.Ömrümün-günümün salamatından,Ən şirin çağından enib gəlmişəm.
İndi nə iştaham, nə də ki aşam,Bir himə bəndəm ki, büdrəyəm, çaşam,Heyrətdən süzülən bir damla yaşam,Yarın yanağından enib gəlmişəm.
1999, 7 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-hesretden-suzulen
Use ← → keys to move, R for a random poem