Doğradılar pətəyini,Soldurdular çiçəyini,Sındırdılar ürəyini,İçimdə sızlayan arı.

Daha sənin balın olmaz,Bal süzməyə halın olmaz,Uçmaq üçün yolun olmaz,İçimdə sızlayan arı.

Qədər gözlə, yazı gözlə,Gözlə, ərki, nazı gölə,Hələ qışdı, yazı gözlə,İçimdə sızlayan arı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets