Uddu oğulları qanlı davalar,Analar boylana-boylana qaldı.Şaxta sızıldatdı, ayaz apardı,Yaralar hoylana-hoylana qaldı.

Nə dəftər götürər, nə qələm yazar,Hələ də itkindir nə qədər məzar.O qədər ürəyi üzdü intizar,Bağrımız teylənə-teylənə qaldı.

Zəhər dişlərində, ağı dilində,Yağılar danışdı yağı dilində.Bayatı kökündə, ağı dilində,Dərdimiz söylənə-söylənə qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets