Dünya, səni sevirəm,Sevgini nifrətə döndərmə!Həyat, səni sevirəm,İşığı zülmətə döndərmə!Tale, səni sevirəm,Vüsalı həsrətə döndərmə!İnsan, səni sevirəm,Vətəni qürbətə döndərmə!Zaman, mən səni sevirəm,Sərvəti rüşvətə döndərmə!Tanrı, mən səni sevirəm,Şadlığı zillətə döndərmə!Çəkilməz zülümü, amansız ölümü,Şərəfsiz həyatı,Bəd gələn saatıHeç kəsin bəxtinə,Heç kəsin evinəGöndərmə!Göndərmə!Göndərmə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love