İnsan
Dağa da, düzə də salır meylini,Gah sağa, gah sola burulur insan.Yoxuşu qalxanda çoxalır gücü,Enişi enəndə yorulur insan.
Nədir axtardığı, hardadı, harda,Alışır istidə, üşüyür qarda.Baxıb varlığına ayna sularda,Qaynar bulaq kimi durulur insan.
Gəzir dərinliyi, tapır incini,Bölür insanlarla öz sevincini.Elə ki, dərindən alır dincini,Həyata təzədən vurulur insan.
1975, 18 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-insan-4
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Yağmasan da guruldaI**Axma irmaq, mən də sənə yoldaşam,
CumhuriyyətəSaqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.