Şairin xəyalı uçur göylərə,Göylərin yeddinci qatından keçir.Ürəyi doğranır torpağın üstə,Cərrah bıçağının altından keçir.

Dərdə hamilədir şair ürəyi,Doğanda əsər yox, ağrı, qan doğur.Şair anaları oğul doğanda,İçi vərəm doğur, bağrı qan doğur.

2009, 26 sentyabr İstanbul, Amerika xəstəxanası

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets