Tikmədaşda bir ustada qonağam,Ulu eşqi, uca səsi var onun.Zaman-zaman xəstələri sağaldar,Tanrı kimi doğma kəsi var onun.

Laylasına uyumuşam, uymuşam,Körpəlikdən hikmətini duymuşam.Başdaşının üstünə baş qoymuşam,Hər könüldə bir bəstəsi var onun.

Cinasdandı, təcnisdəndi axçası,Qıfılbənddi, müəmmadı boğçası,Qoşmalardan ətir saçır bağçası,Gəraylıdan gül dəstəsi var onun.

Onsuz olmaz toyum, yasım deyirəm,Gedim bir də qulaq asım deyirəm,Min il sonra Xəstə Qasım deyirəm,Zəlimxantək min xəstəsi var onun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring