Küləklərə bənzərəm,cilovsuz küləklərə,Dağlarda uğuldayıb,düzlərdə əsməyim var.Bir yerdə, bir məkandatuta bilmirəm qərar,Hər an çırpınmağım var,hər gün tələsməyim var.

Atəşlərə bənzərəm,gur yanan atəşlərə,Bircə gün yaşamaramalovlanıb yanmasam.Üşüyən ürəkləriodla isindirməyəMənim gücümmü çatar,içdən alovlanmasam?

Gur sulara bənzərəm,çalxalanan sulara,Çay-çeşmələr, dənizlərqaynar mənim qanımda.Şeh damlası, sel, yağışgözümdə, könlümdədir,Sellər, sular qaynaşarhər gün həyəcanımda.

Mən torpağa bənzərəm,beşiyimiz torpağa,Onun yükü, təmkini,bərəkəti məndə var.Ona bənzəməsəydim,belə çiçəkləməzdim,Onun Zəlimxan adlısevdiyi bir bəndə var.

Külək, atəş, su, torpaq —dördü də məndə yaşar,Dördünün sevinci də,dərdi də məndə yaşar.Onların hesabınayaşayıram dünyada,Necə ki bal arıda,çiçək çəməndə yaşar.

2006, 5 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring