Qumam - səhra içində
Güləm, rəng içindəyəm,Seləm, cəng içindəyəm.Sazdan sözə yol gedən,Bir ahəng içindəyəm.
Odam, kül içindəyəm,Rəngəm, tül içindəyəm.Sevgiyə Allah deyən,Bir könül içindəyəm.
Sözəm, səs içindəyəm,Ziləm, pəs içindəyəm.Dünyanı qucaqlayan,Bir həvəs içindəyəm.
Qumam - səhra içində,Dürrəm - dərya içində.Özüm də bir dünyayam,Sirli dünya içində.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qumam-sehra-icinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı)
Başına döndüyüm, a dəstəbaşı,Yön çevirib bu diyara, gəlmişəm.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
TəklikÖvladlarımaHərəniz bir yana çıxıb getdiniz,