Küsmək də gözəldi, barışmaq olsa,Küsülü qalmaqdan çəkin, əzizim.İncə duyğuları olan könlünəNə nifrət dolmasın, nə kin, əzizim.

Yar yarın hökmüylə barışan olar,Xeyrinə, şərinə qarışan olar.Halı xəyalından pərişan olar,Yalqızın, yarsızın, təkin, əzizim.

1975, 2 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love