Məndədi
Ulu Nəsiminin ruhuna salam olsun!
Yenə könlüm xarabadı,yenə ruhum talan olub,Nahaq döyüb, haqq döyülüb,haqqı gözdən salan olub.Başımda bir duman var ki,dağ yanımda yalan olub,Bulud mənəm, duman mənəm,amanlar, ahlar məndədi.
Qoca da mən, müdrik də mən,uşaq da mən, qoca da mən,Kərəm də mən, Lələ də mən,xaqan da mən, qağa da mən.Susan da mən, susduran da,nökər də mən, ağa da mən.Varlı da mən, yoxsul da mən,gədalar, şahlar məndədi.
Bağrım başı dəlik-dəlik,şiş ucunda kabab mənəm,Dərman mənim, dərd mənimdi,ağrı mənəm, əzab mənəm.İldırım mən, şimşək mənəm,nifrət mənəm, qəzəb mənəm,Gecə-gündüz evlər yıxanqanlı silahlar məndədi.
İblis məkri, şərlə böhtan,demə, təkcə şeytandadı,Dəvə kinli, qurd xislətliinsan özü meydandadı.Vuruşmada, çarpışmadahər gün həcvi-hədyandadı,Yırtıcılar, əjdahalar,vəhşi timsahlar məndədi.
Gərək haqqa inanasan,çiçək açıb, bar tutasan,Dərə dolu sellər, sular,zirvə dolu qar tutasan.Bu ən böyük günahdır ki,haqqı günahkar tutasan,Mən bəndəyəm, o Allahdı,bütün günahlar məndədi.
2000, 25 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-mendedi
Use ← → keys to move, R for a random poem
More by this author
Bakıda “Səda” deyilən mədəniyyət evində unudul-*maz xalq şairimiz Hüseyn Arifin xatirəsinə həsr*
Hüseyn Arif sağ olaydıCanımdan bir ağrı keçdi,Hüseyn Arif sağ olaydı.
Muğannadan gələn səsZəng çalındı. Dəstəyi götürdüm. Min illərin arxa -*sından gələn qədim bir səs eşitdim. Səs onun səsi idi.*
Haqq adamıÖmrümün-günümün çoxu yollarda, səfərlərdə, məclislərdə,*maraqlı şəxsiyyətlərlə ünsiyyətdə keçib. Yaddaşa yazılan, ürəyə*
Poems by other poets · Divine love
Şəriətlə təriqəti seçənlər,Təriqətlə həqiqətin nədi adı?
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
ای دل به ساز عرش اگر گوش میکنیاز ساکنان فرش فراموش میکنی
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,