Yoxdu yaş qorxusu sevilənlərə,Doxsanın içində, yüzün içində.Ürəyin nə qədər arzuları var,Nə qədər istək var gözün içində.

Nə naxış gərəkdi, nə zər daşıma,Tale yazdığını yazar daşıma.Söz olsun yaraşıq məzar daşıma,Siz məni basdırın sözün içində.

Mənimki söz qəsri, söz qalasıdı,Söz Babək qalası, Bəzz qalasıdı.Qalsa Zəlimxandan söz qalasıdı,Yatanda kəfənin, bezin içində.

2007, 10 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death