Yuxulardan keçib gəldim,Yuxu məndən keçib gedir.Harda bir ox atan olsa,Oxu məndən keçib gedir.

İnam yox özülə, himə,Kimə bel bağlayım, kimə.Ölüm adlı bir vahimə,Qorxu məndən keçib gedir.

Başımda eşqin sarayı,Canımda dərdin harayı.Dünyanın çeşməsi, çayı,Arxı məndən keçib gedir.

Gözündən keçdim ələyin,İçindən çıxdım bələyin.Özü göydədi fələyin,Çarxı məndən keçib gedir.

2007, 21 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets