Cahillər onu da başa düşmədi,Şəmsini əlindən aldılar onun.Rəzillik, xəbislik, paxıllıq, həsəd,Qəlbini daşlara çaldılar onun.

Şairi anlamaz hər yoldan ötən,Mövlana qədrini Keyqubad bilər.Şahlıq məqamına, sultan taxtına,Onun hər sözünü qol-qanad bilər.

Tarixdə birinin adı qalmayıb,Hanı şər danışıb böhtan yazanlar.Dirilik rəmzidi onun varlığı,Öldü Mövlanaya qəbir qazanlar.

İkinci Kəbəyə dönüb türbəsi,İnsan axınına Konya dar gəlir.Gecəli, gündüzlü kəsilmir ara,Gündə ziyarətə min zəvvar gəlir.

Özünü yormasın naşı bəndələr,Allah qaldıranı bəndə yıxammaz.Şair bostanına kim daş atdısa,Tutduğu günahın altdan çıxammaz.

Xalqına doğmadı şair olanlar,Doğma unudulmaz, yaddan yad çıxar.

İmansız, amansız çaxnaşmalardan,Yenə sağ-salamat istedad çıxar.

Çiçəkdən zərifdi şair ürəyi,Nə qəlbi incidər, nə zəhmət verər.İnsana doğmalıq, haqqa bağlılıq,Şair varlığına əzəmət verər.

Nə ordu, nə silah, nə bir qəhrəman,Sözün gücü qədər sərhədlər aşmır.Dünyanın işləri çətin olacaq,Dünya nə qədər ki, Mövlanalaşmırl

Dünya yaxşı görür xalqı yaşadan,Nə zərli taxt olub, nə tac olacaq.Dünya dolanacaq sözün başına,Tarix şairlərə möhtac olacaql

Şair taleyini bir ağac kimi,Kim kəsir, doğrayır, kim calaq vurur.Allahın dostuna qalxır əlləri,Hərə bir tərəfdən badalaq vurur.

Duyğular üşüyür, təfəkkür donur,Ruhlara qar yağıb, sazaq düşəndə.Cəmiyyət tutulur soyuqdəyməyə,Sözün istisindən uzaq düşəndə.

Verən də özüdü, alan da özü,Xalqa şah damardan yaxın xalıq var.Hər şair özünü tanıya bilsə,Hər kəsdə bir cürə Mövlanalıq var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets