Ney bizə deyir ki...
Ney bizə deyir ki, harama qaçma,Tapşır başdan-başa halala ömrü.Mülk çoxdan verilib Tanrıdan sənə,Tapşırma nə mülkə, nə mala ömrü.
İblisə uyanın işləri yaşdı,Hər addım başında büdrədi, çaşdı.Hər kəs özü üçün heykəltəraşdı,Özün öz ruhunla cilala ömrü.
Ney bizə deyir ki, bar ağacıtək,Kökünü, gövdəni çiçəklərə ver.Meyvə ləzzətini, çiçək ətrini,Apar sevgi dolu ürəklərə ver.
Qoy o ürəklərə dolan sevgilər,Budaqdan sallanan bar dadı versin.Tanrı sevənlərə, sevilənlərə,Çiçək təravəti, yar dadı versin.
Ney bizə deyir ki, haqqa güvənin,Haqqa qovuşmağa üzünüz olsun.Ürəkdən deməkçün deyilənləri,Ariflər yanında üzün üz olsun.
Axsın mərhəmətdən gözdə yaşınız,Ensin həqiqətə uca başınız.Şeytana atmağa əldə daşınız,Allaha deməyə sözünüz olsun.
Ney bizə deyir ki, ehtiyatlı ol,Şəkərin içində zəhər gizlənib.Soldurma ümidi, qırma diləyi,Gecənin qoynunda səhər gizlənib.
Ümid qəlbin nuru, başın tacıdı,Bəşərin əbədi ehtiyacıdı.Baharı gözləyən bar ağacıdı,Toxumun bətnində bəhər gizlənib.
Ney bizə deyir ki, görünməz sözü,Sevdiyin insanın dodağında gör.Qəlbin eşitməsə neyin səsini,Günahı neydə yox, qulağında gör.
Bir ruh var, bir səs var hər incə şeydə,Nəfəsi uddadı, naləsi neydə.Sən Ayı, Günəşi axtarma göydə,Haqqın iman adlı çırağında gör.
Ney bizə deyir ki, öldür nəfsini,Müdriklər həmişə tamahdan qaçır.İtirər isməti, atar həyanı.Tamahdan qaçmayan, Allahdan qaçar.
Yollar çətin olar, buz qara çıxar,Qaranlıq ürəkdən söz qara çıxar.Sabahın yanında üz yara çıxar,Bu günü olmayan sabahdan qaçar.
Ney bizə deyir ki, yamanlıq ölsün,Yaxşılıq hər yerdə yarışa gəlsin.Dünyanın ən alçaq düşməni belə,Həqiqət naminə barışa gəlsin.
Ucadan uca var, böyükdən böyük,Yekələr, harınlar yekələnməsin.Bəşər övladının qəlbi, ürəyi,Təkəbbür kiriylə ləkələnməsin.
Ney bizə deyir ki, vay o kəslərə,Onu Yaradanın gözündən düşə.Xata öz başına dilindən gələ,Nə dərdə düşəndə özündən düşə.
Ona yer üzünün əşrəfi dedik,Aqildi, dahidi, dühadı insan.O gərək özünü ucuz tutmasın,Dünyada hər şeydən bahadı insan.
Ney bizə deyir ki, adildi Allah,Heç kəslə bir qəsdi-qərəzi yoxdu.Onun məhəbbəti özü boydadı,Çəkməyə bir ölçü, tərəzi yoxdu.
Qəzəbi qəlbindən kənara qoymur,Şeytan nifrət adlı silah saxlayır.Dağılıb gedərdi bu dünya çoxdan,Onu dağılmaqdan Allah saxlayır.
Ney bizə deyir ki, heyifdir insan,Onu şüşə kimi sındırmasınlar.Cənnət sevgisiylə yanan kəsləri,Cəhənnəm odunda yandırmasınlar.
İnsanın tək bircə xilas yolu var,Hər gün təmizlənib durulmaq yolu.Unudub özünə vurğunluğunu,Yalnız Allahına vurulmaq yolu.
Ney bizə deyir ki, çaşma hesabda,Xeyri də, şəri də yazan mələk var.Günahı, savabı, yaxşını, pisi,Yerbəyer eləyən çərxi-fələk var.
Kin adlı düşmən var, səbr adlı dost var,Səbrini əzizlə, kini at yaşa.Qəzəb zülmətində çürütmə ömrü,Vicdan işığında salamat yaşal
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ney-bize-deyir-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Əcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Qız“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.