Eşitmişəm, görməmişəm,Əhli-haldımı,nə bilim.Dil ballanmış pətəkdimi,Dodaq baldımı,nə bilim.

Xanımdımı, kənizdimi,Damladımı, dənizdimi,Ağüzlü aybənizdimi,Qara xaldımı,nə bilim.

Ellidimi, elsizdimi,Əllidimi, əlsizdimi,Dillidimi, dilsizdimi,Dili laldımı,nə bilim.

Telin ucu hörmədimi,Gözündəki sürmədimi,Başındakı tirmədimi,İpək şaldımı,nə bilim.

Özgələr yox, özü deyib,Qaşı deyib, gözü deyib,Bir “sevirəm” sözü deyib,Sözü faldımı,nə bilim.2010, 24 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets