Nəvəm Yusifə
Min şükür, qədəmin dəydi torpağa,Təzə ayaq açıb yeriyən nəvəm.Öpəndə gül kimi yanaqlarından,Bal kimi süzülən, əriyən nəvəm.
Mən sənə atamın adını verdim,Mən sənə ruhumun dadını verdim,Mən sənə qəlbimin odunu verdim,Sevinci dünyanı bürüyən nəvəm.
Yusif, Zəlimxanın ürəyi, canı,Dan yeri, sabahı, dini-imanı.Axır damarında şairin qanı,Sazım dinən kimi kiriyən nəvəm.
2006, iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-nevem-yusife-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qurban olduğum
Gənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Yay indiOvçusan, durubsan ov bərəsində,Qur tələni, maral keçdi, yayındı.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları