Dərdimə dərman axtarma,Dərd məndə, dərman məndədi.Ərzimi şaha söyləmə,Güc məndə, fərman məndədi.

Köhnə dünyanın qəmiyəm,Bütün qəmlərin cəmiyəm.Sünbül dolu bir zəmiyəm,Dən məndə, xırman məndədi.

Damarda qan ölür, ölsün,Cismimdə can ölür, ölsün.Bir Zəlimxan ölür, ölsün,Neçə Zəlimxan məndədi.

2006, iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets