Qoynuna baharla qoşa gəlmişəm,Dağlar, yanaqların yansın, al olsun.İzin ver, eşqinə bir hava çalım,Hər bulaq sazımda şirin xal olsun.

Duruşun döndərsin qəlbimi dağa,Dolanım üstümə nur yağa-yağa.Sarı çiçəklərin dönsün qaymağa,Gül pətək olanda, şeh də bal olsun.

Sevinc yaşlarımı duy gilə-gilə,Yanğımın üstünə sərinlik çilə.Hüsnün dilsizi də gətirsin dilə,Sənə bu gözəllik qoy halal olsun!

1976, 28 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring