Qışın vaxtı keçib getdi, tut indi yaz pərdəsini,Xanəndə dost, aşıq qardaş, gəz xoş avaz pərdəsini.

Qarşıdan bir gözəl gəlir, yeli yengələr yıxacaq,Dinlə qəlbindən keçəni, işə sal naz pərdəsini.

Elə bilsin cənnətini yarın qədəmində tapıb,Hansı aşiq duya bilsə, o sərvinaz pərdəsini.

Olmasın eşqə qadağa, canımı verim sadağa,Allahım məndən almasın nəzir-niyaz pərdəsini.

Mən mizrabı neyləyirəm, Zəlimxana bəsdi nəfəs,O gözəlin əli çalsın qəlbimin saz pərdəsini.

2011, 28 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love