Qəm məni arabir üstələyəndə
Saralır çəmənim, solur çiçəyim,Payız gülləritək pərişan olur.Sükuta yad olan qaynar ürəyimSükutla əl verib barışan olur,Qəm məni arabir üstələyəndə...
Elə bil gəmilər batır dəryada,Uzaq sahillərdə liman ağlayır.Taleyi kəmləri gətirib yada,Dağların başında duman ağlayır,Qəm məni arabir üstələyəndə...
Sanıram el-oba yığılır yasa,Analar dil deyib, ağı başlayır.Sevincin boynundan qəm basa-basa,Bir ömrün yetimlik çağı başlayır,Qəm məni arabir üstələyəndə...
Yanıram odlara mən diri-diri,Şirini çatışmır acı dünyanın.Bişirir canımı isti təndiri,Qovurur qəlbimi sacı dünyanın,Qəm məni arabir üstələyəndə...
Dəyir qulağıma addım səsləri,Açıram qapını, görüm, kim gəlir?Salıram yadıma müqəddəsləri,Dadıma yenə də sevincim gəlir,Qəm məni arabir üstələyəndə...
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qem-meni-arabir-usteleyende
Use ← → keys to move, R for a random poem
More by this author
Yapışır Haqqından, Yaradanından,Haqqı öyə-öyə böyüyür insan.
Bir güllə yaz gəlib, bahar açılmazYerdən göyə doğru qalxar, ucalar,Ucalıq gətirər yaş ömürlərə.
AcizlikBuz içində dondurdular,Od vurdular, yandırdılar,
Yarpaqlar, budaqlar, köklər, gövdələrYarpaqlar yalvarır sərt küləklərə:“Qoparma budaqdan, qoparma məni,
Poems by other poets · Nature and spring
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.
Nazim yadıma düşdüDağların dağa bənzər!Yanıq bağrın nə qaradır,
شب است و چشم من و شمع اشکبارانندمگر به ماتم پروانه سوگوارانند