Biryolluq həsrətdən əlim üzülə,Gün kimi üstümə yar işıq sala.Məni barışdıra öz küskünümlə,Təbiət araya barışıq sala.

Tufanlı, hicranlı gün gətirməyə,Qara saçlarıma dən gətirməyə,Duman gətirməyə, çən gətirməyəOnun yağdırdığı qar işıq sala.

Sevinci, kədəri yarıya bölək,Qalsaq bir yaşayaq, ölsək bir ölək.Məni tanrı bilə, özünü mələk,Aşiqi Allahla qarışıq sala!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love