Bir-iki kəlmə dua,beş-altı kəlmə arzu,Tanrım, qoy saf saxlasınsən verən öyüt bizi.Sənə üz çevirən günüzümüzə nur çilə,Səndən üz döndərən gündaş eylə, keyit bizi.

İnsanı Haqq yanındahər varlıqdan baş eylə,Qızını doğma bacı,oğlunu qardaş eylə.İnsanlığı unutsaq,bağrımızı daş eylə,Qışın qarına döndər,buz kimi soyut bizi.

Köksüzlər öz ömrünübəxtəvər saya bilməz,Dağdan dayağı yoxsa,sellər çağlaya bilməz.Ruhda, qanda yoxdusa,Haqqa bağlaya bilməzNə peyğəmbər, nə imam,nə qərib seyid bizi.

Şah sevgilər yolundaqaya kimi çapılaq,Harda yıxılan olsa,dayaq olaq, tapılaq.

Çörək olaq yeyilək,kündə olaq yapılaq,Dəyirmanı işə sal,dən kimi üyüt bizi.

Nə millətə dərd, ələm,nə xalqa ah-zar verək,Ürəyi yanan kəsədağımızdan qar verək.Düymələnək, açılaq,çiçək olaq, bar verək,Qoy nəsillər bilməsinbarsız bir söyüd bizi.

Gözlərimiz göydədi,əllərimiz Haqdadı,Haqqa tapınmayan kəsqara daşdı, taxtadı.Demə ki, mən Allaham,bəndə çox uzaqdadı,Nə göylərdən arala,nə yerdən soyut bizi.

Dünya başdan-ayağainsaf olsun, din olsun,Dünyada yaxşı nə var,artsın birə-min olsun.Verdiyin hər nemətəmin dəfə şükür olsun,İlahil Xırdalama,həmişə böyüt bizil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love