Baxmaqla doymurambu gözəlliyə,Gördüyüm nə varsa,təravət olub.Bütün arzularımdönüb gerçəyə,Bütün xəyallarımhəqiqət olub.

Şairin ruhu varhər sarı teldə,Zərrədə, damlada,yağışda, seldə.Şairsiz ölkədə,şeirsiz eldə,Nə söz gözəlləşib,nə hikmət olub.

Dəli duyğuları,dolu həvəsi,Dağıdar zindanı,qırar qəfəsi.Nəyə toxunubsaşair nəfəsi,Onda bir tükənməzbərəkət olub.

Ulduzla doludugöylərin üzü,Çiçəklə dolududərəsi, düzü.

Ən böyük şairditəbiət özü,Şair başdan-başatəbiət olub.

Bəndənin nəyi varAllahındadı,Hünəri eşq adlısilahındadı,Uca söz Peyğəmbərdərgahındadı,Bu gün Zəlimxanabu, qismət olub.

2002, 31 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets