Ey məni duyanlar, məni sevənlər,Ömrüm bağçasında bahar-yazsınız.Telləri gümüşdən, üzü sədəfdən,Siz mənim qəlbimdə dinən sazsınız.

Şeytanın zəhməti hədərdi, hədər,Dost olan ürəkdən gen düşər kədər.Sayınız olsa da ulduzlar qədər,Mənimçün azsınız, yenə azsınız.

İsti yuvamsınız — uçan quş olsam,Dərmanım sizsiniz — dərdə tuş olsam.Arada kimisə unutmuş olsam,Şairəm, siz məni qınamazsınız.

2004, oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring