Sevgi
Qarın, buzun dövrəsində,Donurdu qışdakı sevgi.Bahar gəlib çıxan kimi,Göyərdi daşdakı sevgi.
Bal süzülür, şana keçir,Eşqin odu qana keçir,Axıb candan-cana keçir,Gözdəki, qaşdakı sevgi.
Sinədəki köşk ayrıdı,Köşk içində məşq ayrıdı,Könüldəki eşq ayrıdı,Başqadı başdakı sevgi.
Məndən ötrü ölən deyil,Sevincini bölən deyil,Əlli yaşda gələn deyil,İyirmi yaşdakı sevgi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sevgi
Use ← → keys to move, R for a random poem