– Bu çay niyə nərə çəkir?– Arxasında qarlı dağ var!

– Bülbül niyə cəh-cəh vurur?– Xidmətində güllü bağ var!

– Çəmən niyə naz eyləyir?– Sinəsində gur bulaq var!

– Arı niyə bal gətirir?– Öpüşdüyü gül dodaq var!

– Könül niyə kökdən düşmür?– Tapındığı bir ocaq var!

– Şair niyə havalanır?– Güvəndiyi bu torpaq var!

2002, 14 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring