Sular bulanıb
İndi demək çox çətindi,Bir zaman çox olubTəmizlər, halallar, saflar.Həyatı həyat kimi yaşadıbİmanlar, vicdanlar, insaflar.İnsafı, imanı yandırıb,Duru suları bulandırıb,Xəbislər, nakişilər, əclaflar.
2011, 8 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sular-bulanib
Use ← → keys to move, R for a random poem