Təcnis
Sevənlər küsəndə öz taleyindən,Çətin ki, meylini o yara bağlar.Yazın oğlan çağı yalqız olanda,Xəzantək görünər a yara, bağlar.
Ayrılıq yandırar o yar bağrını,Közə məskən eylər o yar, bağrını.İntizar insanın oyar bağrını,Günəş üz döndərər, Ay ara bağlar.
Əgər bir gün acı olsa şirinlər,Çaqqal gülər, pələng ağlar, şir inlər.Fərhadına yetişməsə Şirinlər,Həsrət sinələrdə a yara bağlar.
1977, 26 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tecnis-9
Use ← → keys to move, R for a random poem