Toxumdayam, torpaqdayam, şumdayam
Ey şairi saraylara qısqanan,Daxmadayam, saraydayam, damdayam.Yağışımla, işığımla, odumla,Toxumdayam, torpaqdayam, şumdayam.
Bahar vaxtı ana çölün havası,Hər qadanı başımızdan sovası.Bir saraydı hər qarışqa yuvası,Əkindəyəm, səpindəyəm, şumdayam.
Şair olan neylər evi-eşiyi,Başı üstə Tanrı çəkər keşiyi.Mən özüməm Məcnunların beşiyi,Zərrədəyəm, səhradayam, qumdayam.
Yağan yağış günahları yuyurmuş,Şükür haqqa, Tanrı məni duyurmuş.Allah özü mənə belə buyurmuş,Bişmişdəyəm, yanmışdayam, xamdayam.
Həm sevincəm, həmi yasam, həm qəhər,Həm komayam, həmi kəndəm, həm şəhər.Günəş özü məndən doğur hər səhər,Qəndildəyəm, çıraqdayam, şamdayam.
Heç olmadı haqq yolundan sapdığım,Sazdı, sözdü yoğurduğum, yapdığım.Gəl-gəl dedi ulu şeyxim – Tapdığım,Yunus adlı bütövdəyəm, tamdayam.
Yuva mənəm, ocaq mənəm, yurd mənəm,Nəsimitək dönməz mənəm, sərt mənəm.Füzulinin özü boyda dərd mənəm,Bağdaddayam, Hələbdəyəm, Şamdayam.
Sular kimi ax, məndə gör dünyanı,Şimşək kimi çax, məndə gör dünyanı,Gözün varsa, bax, məndə gör dünyanı,Cahandayam, Cəmşiddəyəm, Camdayam.
2007, 23 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-toxumdayam-torpaqdayam-sumdayam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Tanrı türkü qorusunEramızdan yüz illərlə əvvəllərdən Türk dövlətlərinin bayraqlarında Aypara çəkilib. Bütöv ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv ayı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürk bayraqlarına bütöv ay çəkməyiblər. Bütöv ay – bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məs: Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən yüzilliyə aparır.Gün o gün olsun ki, türklər minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar. İnşallah!
Səadətnamə, 14وحدت تو ز کثرت اشیاهست مانند هستیت پیدا
ƏbəsdirAzan səsi gələndəElə bilirdik o vaxt