Qalar
Təbiət ağlar insansız,Oylaq yaman günə qalar.Çəkməsə bağban nazını,Budaq yaman günə qalar.
Yetən olmasa dadına,And içməsə xalq adına,Yanan tapılmaz oduna,Ocaq yaman günə qalar.
Əli çıxar zildən, pəsdən,Ayrı düşər şirin səsdən.İsinməsə bir nəfəsdən,Otaq yaman günə qalar.
Yoxsa qızların oyunu,Çalan kim olar toyunu.İçən olmasa suyunu,Bulaq yaman günə qalar.
Üzə gülməz bir əməli,Beş qəpiyə dəyməz ləli.Bəzəməsə insan əli,Torpaq yaman günə qalar.
1978, 11 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qalar-2
Use ← → keys to move, R for a random poem
More by this author
Ölüb o yerlərdə qalam deyirdim,Kaş, onda öləydim, ay Məmməd Aslan.
Necə barışdırım küsənləri mən?Biri taleyindən, baxtından küsür,Biri zamanından, vaxtından küsür.
RuhumBuludla yağış kimidir,ruhda canım, canda ruhum,
Ölüm bizdən güclü çıxırBu, ömür-gün yollarıdı,varlı keçir, kasıb keçir,
Poems by other poets
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Allahın aslanınaHəm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca.Gecə-gündüz könlüm istər, dilim eylər iltica.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,