Qapını dost açır, mehriban açır,Dəyişib səmtini küləklər daha.Muradı gül açıb yanan şamların,Nuruna mat qalıb fələklər daha.

Nə qədər Leylilər çıxmadı yaza,Nə qədər Məcnunlar getdi güdaza.Nə görmək istədin sən yaza-yaza,Göstərdi arzular, diləklər daha.

Nələri düşündüm, ustad, nələri,Sevinər keçmişim, olsa xəbəri.Göydən endirmişik əfsanələri,Dönüb insan olub mələklər daha!

1978, 21 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets