Necə qaytarım
Günəşlə görüşüm toy-bayram olur,Bir nəğmə bəxş edir hər səhər mənə.Könlümə dünyanın sevinci dolur,Sirrini açanda nəğmələr mənə.
Açır bol əlini ana təbiət,Məndən əsirgəmir bu səadəti.Heyrət eləyirəm, Günəşə heyrət,Nə odu tükənir, nə səxavəti.
Şəfəqlər yolunu qəlbimdən salıb,Korluq çəkməmişəm güryan işıqdan.Şeirim qüvvət alıb, sözüm od alıbGöylərin bəzəyi, bu yaraşıqdan.
Ruhuma yad deyil nə yağış, nə qar,Günəşdir ən böyük dövlətim, varım.Torpağın borcunu qaytarmaq olar,Günəşin borcunu necə qaytarım?!
1978, 22 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-nece-qaytarim
Use ← → keys to move, R for a random poem
More by this author
Gedirəm, ayrılıq çətin olsa da,Anamın laylası, yola sal məni.
YaylağınYayın son ayında, köç vədəsində,Qurtarır dövranı, vaxtı yaylağın.
Təzə-təzəSevgilim, təzəcə açılır bahar,Yaşıla bürünür yer təzə-təzə.
Payız yağışıdır bu axşam yağanPayız yağışıdır bu axşam yağan,Könlümü açan da onun səsidir.